Azərbaycanda polis xidmətdə olarkən zəhərləndi


İsmayıllı rayonunda polis əməkdaşı zəhərlənib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Mühafizə Polisinin əməkdaşı Elvin Abbaslı İsmayıllı Tarix-Diyarşünaslıq muzeyində xidmətdə olarkən yaxınları tərəfindən ağır vəziyyətdə aşkar edilib.
Onun sirkə turşundan zəhərləndiyi ehtimal olunur. Polis əməkdaşı ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra oradan Bakıdakı xəstəxanalardan birinə köçürülüb.

DİGƏR XƏBƏRLƏR

Top