Hansı ölkədə nə qədər məhkum var? – SİYAHI


Xəbər verdiyimiz kimi, bir neçə gündən sonra Milli Məclis amnistiya verilməsi haqqında qərar layihəsini qəbul edəcək. Açıqlanan məlumatlarda qeyd olunur ki, amnistiya təxminən 15 min nəfərə şamil ediləcək. Bu həm də minlərlə məhkumun həbsxanalardan azadlığa çıxması deməkdir.

Yeniavaz.com
Beynəlxalq Həbsxana Tədqiqatları Mərkəzinin (ICPS) açıqladığı məlumatlara istinadən bildirir ki, hazırda Azərbaycan  hər 100 000 nəfərə düşən məhkumların sayına görə dünyada 63-cü sırada qərarlaşıb.
ICPS-nin bu ilin əvvəlinə olan məlumatında qeyd olunur ki, Azərbaycanda hər 100 000 nəfərə 210 məhbus düşür.

Məlumat üçün qeyd edək ki, bu gösrəriciyə görə Azərbaycan keçmiş SSRİ və qonşu ölkələr arasında 7-ci yerdə qərarlaşıb.

Keçmiş SSRİ və qonşu ölkələrdə son 5 ildə məhkumların sayı aşağıdakı kimi dəyişib.
Ölkələr Hər 100 000 nəfərə düşən məhkum sayı (nəfər)2021-ci il Məhkumların
ümumi sayı
(nəfər) - 2021-ci il
Hər 100 000 nəfərə düşən məhkum sayı (nəfər) 2016-cı il
 
Türkmənistan 576 30 452 552 (2017-ci il)
Türkiyə 347 281 094 251
Belarus 345 32 500 370
Rusiya 326 472 226 448
Gürcüstan 253 9 143 251
İran 228 189 000 279
Azərbaycan 210 21 000 235
Litva 184 6 018 254
Moldova 181 6 500 227
Estoniya 168 2 338 204
Latviya 165 3 319 224
Qırğızıstan 161 10 142 167
Qazaxıstan 157 29 403 221
Ukrayna 148 52 609 201 (2015-ci il)
Tacikistan 121 9 317 121 (2010-cu il)
Ermənistan 74 2 197 129
Özbəkistan 68 22 900 144 (2014-cü il)
 
Ümumiyyətlə dünyada ən çox məhkumun olduğu ölkə ABŞ hesab olunur. Dünyanın ən böyük iqtisadiyyatına sahib olan ABŞ-da hər 100 000 nəfərə 629 məhkum düşür. Məhkumların ümumi sayı isə ABŞ-da 2 milyon 94 min nəfər təşkil edir. İkinci sırada Türkmənistan (hər 100 000 nəfərə 576 məhkum) qərarlaşıb. İlk 5-liyi Salvador (hər 100 000 nəfərə 564 məhkum), Ruanda (hər 100 000 nəfərə 545 məhkum) və Kuba (hər 100 000 nəfərə 510 məhkum) tamamlayır.

Məhkumların ən az olduğu ölkə isə San-Marino hesab olunur. Bu ölkədə cəmi 2 məhkum var. San-Marinodan başqa Qvineya-Bisau, Mərkəzi Afrika Respublkası, Monako və Farel adaları da məhkumların az olduğu ölklər hesab olunur.

DİGƏR XƏBƏRLƏR

Top