Misir yeni paytaxta köçür


Misir prezidenti Abdel Fattah əs-Sissi gələn ay Qahirənin kənarında inşa edilən yeni inzibati paytaxta köçmək barədə hökumətə tapşırıq verib. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Misir hökuməti xəbər yayıb. Verilən məlumata görə, prezident Abdel Fattah əs-Sissi hökumətə dekabrın 1-dən etibarən yeni paytaxtda işləmək üçün altı aylıq sınaq müddətinin başladılmasını əmr edib. Sözügedən paytaxt Qahirədən təxminən 28 mil (45 km) şərqdə yerləşir. Burada 6,5 milyon insanın yerləşdirilməsi nəzərdə tutulur. 
Ölkə rəsmilərinin sözlərinə görə, yeni paytaxt Qahirədə nəqliyyat sıxlığını azaltmağa kömək olacaq.

DİGƏR XƏBƏRLƏR

Top