Masazır dairəsində hər səhər yaranan tıxaca səbəb nədir? - VİDEO + AÇIQLAMA


Bu gün səhər saatlarında Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsində (Masazır dairəsində) DYP əməkdaşlarının yolu bağladığı iddia edilir.
Yeniavaz.com
-a müraciət edən sürücülər bildiriblər ki, yolun qarşı hissəsinin tamamilə boş olmasına baxmayaraq polis əməkdaşları sürücülərin hərəkətinə icazə verməyiblər. Onlar sözügedən halın hər gün yaşandığını və yolun yüksək vəzifəli şəxslərdən birinin buradan istifadəsinə görə bağlandığını iddia edirlər.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Namidan Piriyev Yeniavaz.com-a açıqlamasında sözügedən yolda hərəkətin tənzimlənməsi üçün bəzi istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığını bildirib.
O qeyd edib ki, buna səbəb Masazır dairəsinə bir neçə istiqamətdən avtomobillərin daxil olmasıdır:
"Polis əməkdaşları hərəkətin bir istiqamətini məhdudlaşdırıb, digər istiqamətlərin hərəkət edərək boşalmasını təmin edir".
N.Piriyev bildirib ki, əgər bu tədbirlər görülməsə, nəqliyyatda xaos yaşanar. O həmçinin ali və orta məktəblər açıldıqdan sonra şəhərə insan axının artmasını da səbəb kimi sözlərinə əlavə edib.
N.Piriyev yolların hansısa vəzifəli şəxsə görə bilərəkdən bağlanması iddilarını tamamilə əsassız adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top