Jurnalist Eynulla Fətullayev özünün feysbuk hesabında azərbaycanlı iş adamı Telman İsmayılovla çəkilmiş fotosunu yayıb.
Yeniavaz.com xəbər verir ki, o, iş adamı ilə torpaqlarımızın işğaldan azad olunmasını qeyd etdiklərini yazıb.
Bu foto həm də Telman İsmayılovun Monteneqroda azadlığa buraxılmasından sonra yayılan ilk fotosudur. O, bu il oktyabr ayının 1-də Rusiyanın verdiyi beynəlxalq order əsasında sözügedən ölkədə saxlanılmış və siyasi sığınacaq aldıqdan sonra sərbəst buraxılmışdı.
Qeyd edək ki, azərbaycanlı iş adamına qarşı 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi açılmış və İnterpol xətti ilə axtarışa verilmişdi.