Sarkozi şahid kimi hakim qarşısına çıxdı


Fransanın keçmiş prezidenti Nikola Sarkozi 5 keçmiş ortağının işi ilə bağlı Paris Cinayət Məhkəməsində şahid kimi hakim qarşısına çıxıb.
Yeniavaz.com "Reuters"ə istinadla xəbər verir ki, Sarkozi məhkəmə prosesində ifadə verməkdən imtina edib.
N.Sarkozi keçmiş prezident kimi məhkəməyə deyil, fransız xalqına cavab verə biləcəyini bəyan edib və ona verilən sualları cavabsız qoyub.
Qeyd edək ki, Sarkozi 2007-2012-ci illər arasında Fransa prezidenti vəzifəsini icra edib.
 

DİGƏR XƏBƏRLƏR

Top