Perunun daxili işlər naziri Luis Barransuela cəmiyyətdən aldığı reaksiyalardan sonra istefa verib.
Yeniavaz.com xəbər verir ki, bu reaksiyalara səbəb onun karantin qaydalarına məhəl qoymadan evində “Halloween” şənliyi təşkil etməsi iddiaları olub.
Məsələ ilə bağlı Barransuela “Twitter” hesabında paylaşım edib:
“Peşəkar karyerama qarşı açıq-aşkar ittihamları rədd edərək, Daxili İşlər Nazirliyindən istefa vermək üçün demokratik qərar qəbul etdim”.
Barransuela evdə ziyafət verməklə bağlı bütün ittihamları rədd edir və işçiləri ilə gecə gec saatlara qədər işlədiyini deyir.
Peru prezidenti Pedro Kastilyo açıqlamasında “Sizə məlumat vermək istərdim ki, daxili işlər naziri Luis Barranzuelanın istefasını qəbul etdim” sözlərinə yer verib. Kastilyo yaxın saatlarda Barranzuela üçün əvəzləyicini elan edəcəyini də bildirib.
Qeyd edək ki, 6 oktyabrda Prezident Kastilyo Barransuelanı Perunun daxili işlər naziri təyin edib.