İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Xorvatiya Respublikasının sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

Yeniavaz.com xəbər verir ki, söhbət zamanı “COVID-19-dan sonrakı dünya” adı altında keçiriləcək VIII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirin beynəlxalq əməkdaşlığa töhfə verəcəyi vurğulanıb.

Görüşdə Prezident İlham Əliyevin Xorvatiyaya səfəri və həmin səfər zamanı Kolinda Qrabar-Kitaroviçlə görüşü məmnunluqla xatırlanıb, bu səfərin əlaqələrimizin genişləndirilməsində rolu qeyd edilib.

 

DİGƏR XƏBƏRLƏR

Top