Rusiyadakı təyyarə qəzasında ölənlərin sayı açıqlandı - YENİLƏNİB


İrkutskda “An-12” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfərin meyitlərinin qalıqları tapılıb. 

Yeniavaz.com Rusiya mətbuatına  istinadla xəbər verir ki, təyyarənin göyərtəsindəki daha 3 nəfərin taleyi barədə isə hələlik məlumat yoxdur.


***16:56
Rusiyada An-12 təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb və qəza yeri tapılıb.
Yeniavaz.com
xəbər verir ki, məsələ ilə bağlı Sibir Aviasiya Axtarış Xilasetmə Mərkəzindən “TASS”-a məlumat verilib.
Agentliyin rəsmiləri hadisə ilə bağlı açıqlama verib:
“İlkin məlumatlara görə, qəza yeri aşkar edilib, bu, Pivovarix kəndinin ərazisdir və aerodromdan çox uzaqdadır. Təyyarə eniş zamanı ikinci dövrəyə çıxıb və radardan itib”.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə 8 nəfər olub.
Qeyd edək ki, hazırda axtarış-xilasetmə və yanğınsöndürmə tədbirləri görülür. Təyyarə alovlara qərq olub, yanında otlar yanır, yanğın hələ də söndürülməyib.

DİGƏR XƏBƏRLƏR

Top