Bayden Putini ittiham etdi - Kreml cavab verdi


Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı Co Baydenin yanan tundra meşələri ilə bağlı sözlərinə münasibət bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Baydenin COP26 sammitində söylədiyi nitqindən danışan Peskov Rusiyanın  məsələ ilə razılaşmadığını bildirib.
Dmitri Peskov digər ölkələrdə baş verən meşə yanğınlarını xatırladıb:
"Tundra həqiqətən yanır, lakin unutmayaq ki, Kaliforniyada, Türkiyədə və dünyanın digər ölkələrində meşələr yanır. Bunlar məhz iqlim dəyişikliyinin nəticələridir".
Qeyd edək ki, ABŞ prezidenti Bayden Qlazqo iqlim sammitində Çin prezidenti Si Cinpini və Rusiya Prezidenti Vladimir Putini COP26 sammitində iştirak etmədiklərinə görə tənqid edib. Onun sözlərinə görə, Çin də Rusiya kimi dünya liderliyinə iddialı olsa da, hər iki ölkə sammitdə görünməyib. Bayden həmçinin Rusiyanın iqlimlə bağlı çox ciddi problemləri olduğunu bildirib:
“Rusiyanın tundrası sözün əsl mənasında yanır. Lakin o, hər hansı bir iş görmək istəmir”.

DİGƏR XƏBƏRLƏR

Top