Şagirdlərin əsgərlərə yazdıqları məktublar qazilərə təqdim edilib - FOTOLAR


Mingəçevir şəhər 7 nömrəli tam orta məktəbdə Vətən müharibəsi ilə bağlı tədbir keçirilib. 
Yeniavaz.com
xəbər verir ki, sözügedən tədbirdə iki oğlu şəhid olan Sevinc ana, şəhid atası Ariz İbrahimov, II Qarabağ müharibəsi qaziləri, məktəbin müəllim kollektivi və şagirdlər iştirak edib.
Məktəbin direktoru Anar İsmayılov və 44 günlük Vətən müharibəsinin qaziləri ilk olaraq məktəbin həyətində büstü ucaldılan şəhid R. Mirabovun heykəlini ziyarət ediblər. Daha sonra Azərbaycan himninin səsləndirilməsi ilə tədbirin açılışı olub və şəhidlər bir dəqiqəlik sükutla yad edilib. Bundan sonra məktəbin direktoru Anar İsmayılov çıxış edərək  27 sentyabr "Anım Günü" və "Zəfər Bayramı" barədə şagirdlərə məlumat verib. Sözügedən tədbirdə məktəbin şagirdləri vətən haqqında şeirlər söyləyib, hazırladıqları kiçik səhnələri isə çox böyük məharətlə ifa ediblər. Onların bu vətənpərvərliyi alqışlarla qarşılanıb. Sonda direktor şagirdlərin əsgərlərə yazdıqları məktubları qazilərə təqdim edib.

Esmira Hidayətova, Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top