""Qadın cinayətləri siyasidir" ifadəsinin özü siyasi layihədir"


""Qadın cinayətləri siyasidir" ifadəsinin özü siyasi layihədir".
Yeniavaz.com
xəbər verir ki, bunu "azxəbər"ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, bu, hansısa konvensiyanın tələbləridir:
"Azərbaycanda qadın hüquqlarının, gender bərabərliyinin qorunması və təmin olunması ilə bağlı müxtəlif dövlət proqramları var. O proqramların həyata keçirilməsində Daxili İşlər Orqanlarının da vəzifələri müəyyən olunub. Hansısa vətəndaşa cinsi vəziyyətinə görə ayrı-seçkilik qoyulmur və qoyula bilməz. DİN-ə daxil olan məlumatlar araşdırılır, əvvəllər hansısa etinasız yanaşmalar olduqda belə bu da aradan qaldırılır. Ayrı-ayrı şəxslər tərəfindən müraciətlərə baxılmaması iddiasını əsassız hesab edirəm demirəm, desəm ki, əsassızdır, kimsə hansısa nüansı qabarda bilər. Ona görə də, biz çalışırıq ki, bütün sorğulara, müraciətlərə diqqətli yanaşaq. Xüsusilə, qadınlarla, ailə-məişət zorakılığı ilə bağlı xüsusi qəti qərar var ki, bütün müraciətlərə həssalıqla yanaşılsın".

DİGƏR XƏBƏRLƏR

Top