Ermənistanda hərbçi qohumları etiraz aksiyası keçirir


İkinci Qarabağ müharibəsi zamanı həlak olan və itkin düşənlərin yaxınları İrəvanın Tiqran küçəsini bağlayıblar.
Yeniavaz.com
xəbər verir ki, etirazçılar Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş tələb edirlər.
Polis əməkdaşları nümayişçiləri küçədən çıxarmağa çalışsalar da, etirazçılar bundan imtina ediblər.
Baş nazirin köməkçisi Qaqik İsaxanyan bildirib ki, o, etirazçıların tələbi barədə tezliklə baş nazirə məlumat verməyi planlaşdırır. Lakin o bildirib ki, Paşinyan axşam saat 9-a qədər məşğul olacaq.
Qeyd edək ki, hazırda həmin ərazidə nəqliyyatın hərəkəti bağlı olaraq qalır.

DİGƏR XƏBƏRLƏR

Top