Son sutkada 29 min nəfərə buster dozada vaksin vurulub


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45 min 561 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6263, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10418 nəfərdir. Buster doza vaksinlərin sayı 28880 olub.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9753825, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4973724, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4397065 təşkil edir. Ölkə üzrə buster dozada vurulan vaksinlərin sayı 383036 olub.

DİGƏR XƏBƏRLƏR

Top