İŞİD Kabildəki partlayışı öz üzərinə götürdü


Xəbər verdiyimiz kimi, dünən Kabildəki hərbi xəstəxanada partlayış baş verib. Sözügedən hadisəyə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə İŞİD öz sosial media hesablarında xəbər yayıb. Paylaşılan məlumatda təşkilat Kabildəki Xəstəxanada baş verən partlayışın məsuliyyətini öz üzərinə götürdüyünü qeyd edib. Təşkilatın iddiasına görə, hücum nəticəsində tanınmış “Taliban” komandiri də daxil olmaqla qruplaşmanın bir çox  üzvü öldürülüb.
Qeyd edək ki, 2017-ci ildə İŞİD üzvlərinin eyni xəstəxanaya hücumu nəticəsində 30-dan çox insan ölmüş, 50-yə yaxın insan isə yaralanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top