BŞTİ növbəti ilə qədər vətəndaş qəbulunu dayandırdı


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) vətəndaşların ənənəvi qəbulunu 2022-ci il yanvarın 1-dək dayandırıb.
Yeniavaz.com
xəbər verir ki bu barədə qurum məlumat yayıb. Bildirilib ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, BŞTİ-nin Vətəndaşların Qəbulu Mərkəzi 2022-ci ilin yanvarın 1-dək vətəndaşların qəbulunu dayandırıb.
Qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Çağrı Mərkəzi (146-0) vasitəsilə cavablandırılacaq.
Vətəndaşlar, həmçinin idarənin rəsmi elektron poçt ünvanına və Təhsil Nazirliyinin saytına müraciət edə bilərlər.
Qeyd edək ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları poçtla göndərə və ya digər müvafiq sənədləri idarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top