Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ilə görüş keçirib.
Yeniavaz.com "TASS"a istinadla xəbər verir ki, tərəflər Rusiya-Amerika münasibətlərini müzakirə ediblər.
Börns vəzifəyə gəldikdən sonra bu onlar arasında ilk görüş olub.
Eyni zamanda, Rusiya Təhlükəsizlik Şurasının katibi mütəmadi olaraq ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla da əlaqə saxlayır. Bu il onlar altı telefon danışığı və bir üzbəüz görüş keçiriblər.
Qeyd edək ki, U.Börns 2005-2008-ci illərdə ABŞ-ın Rusiyadakı səfiri vəzifəsində çalışıb. Bu ilin mart ayında o, MKİ-nin direktoru kimi təsdiqlənib və ABŞ tarixində bu vəzifəni tutan ilk diplomat olub.