Putin PUA-larla bağlı tapşırıq verdi


Rusiya prezidenti Vladimir Putin Rusiya sərhədləri yaxınlığında pilotsuz uçuş aparatları (PUA) ilə bağlı vəziyyəti təhlil etməli olduqlarını bildirib.
Yeniavaz.com
xəbər verir ki, Putin bu barədə Soçidə Rusiya Silahlı Qüvvələrinin və müdafiə sənayesinin nümayəndələri ilə görüşü zamanı danışıb:
“İndi bizim xidmətdə olan 2 mindən çox pilotsuz uçuş aparatımız var. Biz Suriyada müşahidə etdiklərimizi - pilotsuz uçuş aparatlarından istifadə edilən terror hücumlarını nəzərə alaraq bunun bizim üçün nə qədər təsirli və nə qədər təhlükəli ola biləcəyini çox yaxşı bilirik. Biz bu hücumları dəf etməyi öyrənmişik və edirik”.
Qeyd edək ki, Oktyabrın 26-da Ukrayna Silahlı Qüvvələri ilk dəfə Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatından istifadə edib. Rusiya Donbasdakı vəziyyətdən narahatlığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top