Paşinyan Gürcüstanın müdafiə nazirini qəbul edib


Ermənistanin Baş naziri Nikol Paşinyan Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, görüşlə bağlı Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qonağı salamlayan Baş nazir hər iki ölkənin əlaqələrindən danışıb və bildirib ki, son vaxtlar Ermənistan və Gürcüstan arasında münasibətlərdə çox yüksək dinamika müşahidə olunur:
"Biz Gürcüstanla bütün sahələrdə əməkdaşlığımızı dərinləşdirməkdə, qardaşlıq münasibətlərimizi inkişaf etdirməkdə maraqlıyıq”.
Qəbul üçün minnətdarlığını bildirən Gürcüstanın müdafiə naziri qeyd edib ki, Paşinyanla tanış olmaq onun üçün böyük şərəfdir. 
Həmsöhbətlər həmçinin müdafiə sahəsində tərəfdaşlığın gücləndirilməsi və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

DİGƏR XƏBƏRLƏR

Top