İstilik qiymətlərində artım olacaq? - RƏSMİ


İstilik mövsümünün başlaması ilə əlaqədar istilik qiymətlərində dəyişiklik edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib.
Yeniavaz.com
"trend"ə istinadla xəbər verir ki, bu barədə “Azəristiliktəchizat”ın şöbə rəisi Rafiq Əliyev məlumat verib.
Onun sözlərinə görə, istilik qiymətlərinin artırılması nəzərdə tutulmayıb.
Hazırda əhali qrupu üzrə 1 kvadratmetr yaşayış sahəsi üzrə aylıq tarif 15 qəpik, qeyri-əhali qrupu üzrə 1 kub isidilən həcm üçün aylıq 25 qəpik, 1 qiqakalori üçün isə 30 manatdır.
Qeyd edək ki, dağlıq və dağətəyi rayonlarda noyabrın 1-dən istilik mövsümü başlayıb. Digər rayonlarda və Bakıda isə istilik noyabrın 15-dən veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top