Azərbaycanlı milyarderin oğlu Bakıdakı şirkətinin nizamnamə kapitalını 8,5 dəfə azaldır


“İSR Holdinq” şirkətlər qrupunun sahibi, tanınmış iş adamı İsgəndər Xəlilovun oğlu Rauf Xəlilov tərəfindən 2020-ci ildə təsis olunan “SAR Caspian” MMC nizamnamə kapitalını 8,5 dəfə azaldır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetində yayımlanıb.
Məlumatda bildirilir ki, “SAR Caspian” MMC-nin təsisçisi Xəlilov Rauf İsgəndər oğlu MMC-nin nizamnamə kapitalını 600 000 (altı yüz min) ABŞ dolları məbləğindən, 70 600 (yetmiş min altı yüz) ABŞ dollarınadək azaldılması barədə qərar verib.
Qeyd edək ki, Rauf Xəlilov həm Rusiyada, həm də Azərbaycanda böyük biznes şəbəkəsinə sahib olan İsgəndər Xəlilovun kiçik oğludur. Rusiya vətəndaşı olan Rauf Xəlilovun təsis etdiyi “SAR Caspian” MMC-nin hüquqi ünvanı “Park İNN” otelində yerləşir.

DİGƏR XƏBƏRLƏR

Top