Son bir ayda Laçın dəhlizindən neçə nəfər keçib?


Bir ay ərzində Rusiya sülhməramlıları 1000-ə yaxın tranzit avtomobilin və 6800-dən çox insanın Laçın dəhlizi ilə Qarabağa təhlükəsiz giriş-çıxışını təmin ediblər.
Yeniavaz.com
xəbər verir ki, məlumatı “Sputnik Armenia” Rusiya Müdafiə Nazirliyinə istinadən paylaşıb.
Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Dmitri Emelyanov hərbçilərin öz məsuliyyət zonalarında sutka ərzində atəşkəs rejiminə riayət olunmasına nəzarət etdiklərini bildirib:
“Rusiya sülhməramlıları keçid məntəqələrindən tranzit maşınların təhlükəsiz keçməsini təmin edirlər. Mümkün təxribatların qarşısını almaq üçün bütün nəqliyyat vasitələrinə baxış keçirilir, zəruri hallarda onların texniki baxışı həyata keçirilir. Ötən ay müşahidə məntəqəsində hər iki istiqamətdə 1000-ə yaxın tranzit nəqliyyat vasitəsinin, o cümlədən 6800-dən çox insanın keçidi təmin olunub”.
Qeyd edək ki, mövcud vəziyyətin monitorinqi üçün bütün müşahidə məntəqələrinin müasir açıq hava videomüşahidə kameraları ilə təchiz olunduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top