İndoneziya sahillərində gəmi qəzaya uğrayıb, 21 sərnişin ölüb, 34-ü itkin düşüb

İndoneziyanın Batam adası sahilləri yaxınlığında gəminin qəzaya uğraması nəticəsində 21 nəfər ölüb, 34 nəfər itkin düşüb. TASS xəbər verir ki, bu haqda yerli səhiyyə idarəsinin nümayəndəsi məlumat verib. İnformasiyaya görə, 38 sərnişin xilas edilib. Gəmi Malayziyanın Coxor-Baru limanından İndoneziya istiqamətində hərəkət edirmiş. Şahidlərin sözlərinə görə, güclü külək və dalğalar gəmini çevrib. Bununla yanaşı, qəzanın baş verməsinin əsas səbəblərindən biri kimi İndoneziyaya işçi-miqrant daşıyan gəminin həddindən çox yüklənməsi göstərilir. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Report

DİGƏR XƏBƏRLƏR

Top