“Taliban” əfqanlara bunu da qadağan etdi


Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı ölkə sakinlərini iqtisadi əməliyyatlarında yalnız milli valyutadan istifadə etməyə çağırıb. 

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin informasiya və mədəniyyət nazirinin müavini Zəbihullah Mücahid məlumat yayıb. O bildirib ki, əmri pozanlar məhkəmə qarşısına çıxarılacaq:
"Ölkənin iqtisadi vəziyyəti və milli maraqları üçün vətəndaşlardan ticarətdə milli valyutadan istifadə etməyi tələb edirik. Xarici valyutadan istifadə isə qadağan edilir”.
 

DİGƏR XƏBƏRLƏR

Top