“Makronun ölkəmi alçaltmasına icazə verməyəcəm”- Avstraliyanın Baş naziri


Avstraliyanın baş naziri Skott Morrison Avstraliya ilə Fransa arasında bağlanan müqavilənin ləğvi barədə açıqlama verən Fransa prezidenti Emmanuel Makrona cavab verib.
Yeniavaz.com
AA-ya istinadla xəbər verir ki, bu barədə Morrison BMT-nin COP26 sammitində danışıb. O, bildirib ki, Makronun Avstraliyaya qarşı alçaltma və təhqirlə hərəkət etməyinə icazə verməyəcək.
Qeyd edək ki, G20 sammitindən sonra jurnalistlərə açıqlama verən Makron balıqçılıqla bağlı müqavilə barədə Skott Morrisonun yalanlar dediyini bildirmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top