İran və İraq arasında 31 hərbçi cəsədi dəyişdirildi


İran-İraq müharibəsində həyatını itirən 11 iraqlı və 20 iranlı olmaqla 31 əsgərin cənazələri dəyişdirilib.
Yeniavaz.com
xəbər verir ki, məsələ ilə bağlı İraq Müdafiə Nazirliyindən yazılı açıqlama verilib.
Açıqlamada bildirilib ki, mübadilə Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmilərinin iştirakı ilə Əl-Şəlamce Sərhəd Qapısında baş tutub.
Qeyd edək ki, İran-İraq müharibəsi 1980-1988-ci illərdə yaşanıb. Hər iki ölkədə təxminən bir milyon insanın ölümünə, iki milyondan çox insanın isə yaralanmasına, 150 milyard ABŞ dolları dəyərində maddi ziyana və ağır dağıntılara səbəb olub. İraqın qələbələri ilə başlayan müharibə qalibsiz başa çatıb.
 

DİGƏR XƏBƏRLƏR

Top