Yunan-Roma güləşçimiz dünya üçüncüsü oldu


Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, 55 kq-da mübarizə aparan idmançı ABŞ təmsilçisi Teylor La Montla üz-üzə gəlib.

Rəqibini 9:0 hesabı ilə məğlub edən Quluzadə dünya üçüncüsü olub və Azərbaycana bu yarışda ilk medalı qazandırıb.

 

DİGƏR XƏBƏRLƏR

Top