Bolqarıstan Türkiyə sərhədinə hərbi qüvvələr yığır


Bolqarıstanın müdafiə naziri Georgi Panayotov ölkə polisinin artan miqrant axını ilə mübarizə aparmaq üçün Türkiyə sərhədinə əlavə 350 əsgər yerləşdirdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Panayotov məsələ ilə bağlı “bTV”-yə açıqlama verib.
Bolqarıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il 6500-dən çox insan qeyri-qanuni yollarla Bolqarıstana keçməyə cəhd edib ki, bu da 2020-ci ilin ilk 9 ayı ilə müqayisədə 3 dəfə çoxdur.
Bolqarıstan Avropa İttifaqının ən kasıb üzvüdür və heç vaxt çoxlu sayda sığınacaq axtaran qəbul etməyib. Bolqarıstana daxil olmağa çalışanların əksəriyyəti qaçqın statusu ilə bağlı Sofiyadan cavab gözləmədən Aİ-yə keçməyə çalışır.
Qeyd edək ki, Bolqarıstan Aİ-nin xarici sərhədi hesab olunur və Türkiyə ilə Bolqarıstan arasındakı 259 km sərhəddən tikanlı məftil keçir.
 

DİGƏR XƏBƏRLƏR

Top