Həsən Ruhaniyə qarşı istintaq başladılıb


İran parlamenti keçmiş prezident Həsən Ruhaninin dövründə yeni növ koronavirusla (COVID-19) mübarizə prosesinin düzgün idarə olunmaması ilə bağlı ittihamların yer aldığı hesabatı araşdırma üçün məhkəməyə göndərib.
Yeniavaz.com
xəbər verir ki, məlumatı İran Parlamentinin Xəbər Agentliyi (ICANA) yayıb.
Ruhaninin dövründə epidemiya prosesinə qarşı mübarizənin düzgün aparılmaması ilə bağlı ittihamların yer aldığı hesabat parlamentdə iştirak edən 235 deputatdan 167-si tərəfindən qəbul edilərək araşdırma üçün məhkəməyə göndərilib.
Hesabat Ruhani hökuməti dövründə virusla mübarizədə atılan addımların ölkədə ciddi ölümlərə səbəb olduğu və İranın virusla bağlı ölüm hallarının ən yüksək olduğu ölkələrdən biri olduğu nəticəsi ilə yekunlaşır.
Qeyd edək ki, H.Ruhani 19 iyun 2021-ci ilə qədər İranın prezidenti vəzifəsini icra edib.

DİGƏR XƏBƏRLƏR

Top