Mingəçevirdə idman yarışlarının qalibləri mükafatlandırıldı - FOTOLAR


Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi tədbirlər planına uyğun olaraq Mingəçevir Gənclər və İdman idarəsi “Zəfərə gedən yol” adlı müxtəlif idman növləri üzrə şəhər çempionatı keçirib. 
Yeniavaz.com xəbər verir ki, sözügedən tədbirlər çərçivəsində ali və orta ixtisas məktəblərinin tələbələri arasında "Mini futbol", "Zəfər bizimdir", "Vətənin müdafiəsinə hazıram" adlı payız çağrışına həsr olunmuş yarışlar və şahmat turniri keçirilib.
Bundan əlavə şəhər məktəbləri arasında basketbol birinciliyi keçirib.
Bu gün isə Mingəçevirin icra başçısı İlham İsmayılovun iştirakı ilə keçirilən idman yarışlarında 1, 2 və 3-cü yerlərin qaliblərinin mükafatlandırma mərasimi baş tutub. Qalib idmançılar müxtəlif növ diplom, fəxri fərman, kubok və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, tədbirlər ötən ayın 15-dən başlanıb. 



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top