“Saakaşvili 20 kiloqram arıqlayıb və dəhşətli görünür”


Bu gün həbsxanada aclıq aksiyasının 32-ci günündə olan Mixail Saakaşvilini ukraynalı sevgilisi Liza Yaska ziyarət edib.
Yeniavaz.com
xəbər verir ki, Liza Yaska ziyarətdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Yaskanın sözlərinə görə, Saakaşvili əvvəlkindən qat-qat pis görünür və tibbi yardıma ehtiyacı var:
“O, 20 kiloqramdan çox arıqlayıb və aclıq aksiyasını dayandırmaq fikrində deyil. Sabiq prezident Saakaşvilinin həbsdə olması ayıbdır. Onun vəziyyəti hər gün pisləşir. Saakaşvilinin gələcəyi təhlükə altında olacaq”.
Ukraynanın Saakaşviliyə qarşı mövqeyinə gəlincə, Yasko bildirib ki, rəsmi Kiyev bu ölkənin vətəndaşı kimi onun Ukraynaya qayıtmalı olduğuna inanır:
“O, Ukraynaya qayıtmalıdır, lakin bu, Gürcüstan hakimiyyətindən və ölkədə gedən proseslərdən çox asılıdır”.
Qeyd edək ki, Mixail Saakaşvili qanunsuz olaraq Gürcüstana qayıtdıqdan sonra oktyabrın 1-də Tbilisidə həbs edilib və orada aclıq aksiyası başladıb.

DİGƏR XƏBƏRLƏR

Top