Emin Əmrullayev YÖK rəhbəri ilə görüşüb


Türkiyə Ali Təhsil Şurasınnın (YÖK) rəhbəri Erol Özvar Təhsil naziri Emin Əmrullayevi qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, keçirilən görüşdə iki ölkə arasında ali təhsil sahəsində yeni əməkdaşlığa dair işlər müzakirə edilib.
YÖK rəhbəri ölkələr arasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməyi hədəflədiklərini bildirib:
“Türkiyədəki universitetlərdə təhsilini başa vuran bu tələbələr Azərbaycana, Türkiyəyə və türk dünyasına mühüm töhfələr verəcəklər”.
Qeyd edək ki, Özvar Türkiyədə təhsil alan azərbaycanlıların sayının 25 minə yaxın olduğunu da açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top