ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir


ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda katibin köməkçisinin yeni təyin olunmuş müavini Erika Olson regional əməkdaşlığı inkişaf etdirmək və ikitərəfli məsələləri müzakirə etmək üçün Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı Səfirliyinin rəsmi “Facebook” səhifəsində məlumat verilib.
Olson ABŞ-ın Ermənistandakı səfiri Linn M.Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C.Deqnan və ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqerlə birlikdə 2-4 noyabr tarixlərində Missiya Rəhbərlərinin regional toplantısında iştirak edəcək.
Qeyd edək ki, ABŞ-ın Cənubi Qafqaz regionunda missiya başçılarının əvvəlki konfransları Tbilisi (2018) və Bakıda (2019) keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top