
İrəvanda təcili tibbi yardım sürücüləri maaşların azlığına görə kütləvi tətil elan ediblər ediblər.
Yeniavaz.com xəbər verir ki, işçilər maaşlarının artırılması ilə bağlı təminat almayana qədər aksiyanı dayandırmayacaqlarını deyiblər.
Sürücülərdən biri - Qasparyan qeyd edib ki, standartlara görə, onlar gündə 17-ədək müraciətə xidmət etməlidirlər, indi isə onların sayı 30-u ötüb:
“Yemək yeməyə, tualetə getməyə vaxtımız yoxdur. Zənglərin sayı iki dəfə artıb, amma maaş eynidir. Ailəni dolandırmaq mümkün deyil”.
Qeyd edək ki, hazırda sürücülər zəngləri qəbul etmir, yalnız son dərəcə ağır xəstələrə xidmət göstərirlər. Onlar Fövqəladə Hallar Nazirliyinin işçiləri, meriyanın nümayəndələri və rəhbərliklə görüş gözləyirlər.
Tətbiqimizi yükləyə bilərsiniz