Səhiyyə naziri əvəzi özünə yeni müşavir təyin etdi


Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayevə yeni müşavir təyin olunub.
Yeniavaz.com
 "report"a istinadla xəbər verir ki, bununla bağlı T.Musayev əmr imzalayıb.
Əmrə əsasən, Tural Babayev səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən şəxsin müşaviri təyin edilib.
Səhiyyə Nazirliyindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, T.Babayev əvvəllər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top