Qlazqo şəhərində BMT-nin İqlim sammiti (COP26) konfransı keçirilib. Zirvə toplantısının məqsədi iqlim dəyişikliyinin ən pis təsirlərinin qarşısını almaq üçün ölkələrin öz iqlim planlarını gücləndirməsidir.
Yeniavaz.com “New York Times”a istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş görüş zamanı qlobal istiləşmənin fəsadlarından bəhs edib:
"Dəniz səviyyəsinin qalxması 30 il əvvələ nisbətən iki dəfə artıb. Okeanlar həmişəkindən daha istidir, Amazon yağış meşələri əvvəlki illərə nisbətən udduqlarından daha çox karbon buraxır. Və son on ildə təxminən dörd milyard insan dəyişən iqlimlə bağlı baş verən hadisələrdən pis təsirlənib. Biz öz məzarlarımızı qazırıq”.
COP26 sammiti zamanı iqlim dəyişikliyinin qarşısını almaq üçün bir sıra təkliflər müzakirə edilib. Onlardan biri də bu əsrin sonuna kimi qlobal temperaturun Sənaye İnqilabından əvvəlki səviyyələrə nisbətən 1,5 dərəcə selsi azaldılması ilə bağlı məsələlərdir. Elm adamlarının sözlərinə görə, bu problem həll edilmədiyi təqdirdə dünya su, məhsul çatışmazlığı və ekosistemin çökməsi kimi təhlükələrlə qarşılaşacaq.
Antonio Quterreş iqlim dəyişikliyi problemi həll olunana qədər ölkələri hər il iqlim sammitinə qatılmağa çağırıb.