ABŞ “Moderna” peyvəndinin yeniyetmələr üçün istifadəsini təxirə saldı


ABŞ-da COVID-19 virusuna qarşı istehsal edilən “Moderna” peyvəndinin 12-17 yaş qrupu üçün istifadəsi təxirə salınıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın biotexnologiya firması olan “Moderna”  xəbər yayıb. Verilən məlumata görə, yeniyetmələr üçün COVID-19 peyvəndinin istifadəsi Qida və Dərman İdarəsi (FDA) tərəfindən təxirə salınıb.  Peyvənd olunanlarda yarana biləcək əks təsirləri və ürək iltihablanması riskini araşdırdıqdan sonra məsələ ilə bağlı dəqiq qərar veriləcək.
Qeyd edək ki, sözügedən qərarın yekunu 2022-ci ilin yanvarına qədər davam edə bilər.

DİGƏR XƏBƏRLƏR

Top