Peyvənd olunanlarla olunmayanlar “Delta” ştammını eyni dərəcədə yayır - Araşdırma


Bir illik araşdırma nəticəsində məlum olub ki, peyvənd olunmuş insanlar da koronavirusun “Delta” ştammını peyvənd olunmayanlarla eyni dərəcədə yayır. 
Yeniavaz.com
“Bloomberg”ə istinadla xəbər verir ki, araşdırma həmçinin, peyvənd olunmuş şəxslərin təmasları zamanı ailə üzvlərinin 25%-nin, peyvənd olunmayanların təmasları zamanı isə 38%-in virusa yoluxduğunu göstərib. 
Araşdırmaya rəhbərlik edən London İmperial Kollecində yoluxucu xəstəliklər üzrə professor Acit Lalvani xəstəliyin yayılmasının qarşısını almaq üçün peyvəndin kifayət olmadığını vurğulayıb: 
“Bizim araşdırmalarımız göstərir ki, insanların “Delta” ştammına yoluxmasının və ya həmin ştammın ev şəraitində yayılmasının qarşısını almaq üçün peyvənd kifayət deyil”.

DİGƏR XƏBƏRLƏR

Top