Rusiya “S-500” zenit-raket komplekslərini birinci bu ölkələrə verəcək


Rusiya gələcəkdə Hindistana, Çinə və tərəfdaşlıq etdiyi bir sıra ölkələrə ən müasir “S-500” zenit-raket kompleksləri verəcəyini açıqlayıb.
Yeniavaz.com
“Sputnik”ə istinadla xəbər verir ki, bunu Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə federal xidmətin direktoru Dmitri Şuqayev deyib. O bildirib ki, Hindistan, Çin eləcə də uzun müddətdir Rusiyanın tərəfdaşlıq etdiyi bir sıra dövlətlər bu qabaqcıl sistemin gələcək sahibləridir.
Qeyd olunub ki, “S-500” raketi Rusiyanın Silahlı Qüvvələrinə kifayət qədər verildikdən sonra başqa ölkələrə ixrac ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top