Paşinyan polis rəisinin müavinini İstanbula ezam etdi


Ermənistanın Baş naziri Nikol Paşinyan polis rəisinin müavini Ara Fidanyanı İstanbula ezam edib.

Yeniavaz.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar hüquqi informasiya portalında dərc olunub.
Fidanyan 21-26 noyabr tarixlərində Türkiyədə olacaq və İnterpolun Baş Assambleyasının buradakı 89-cu sessiyasında iştirak edəcək.

DİGƏR XƏBƏRLƏR

Top