"Taliban" lideri Axundzadənin uzun illər sonra ortaya çıxdığı açıqlandı


Öldüyü iddia edilən Taliban lideri Heybətullah Axundzadə Qəndəhar şəhərində dini məktəbdəki tədbirə yüksək mühafizə olunan iki maşınlı karvanda gəlib və fotoşəkil çəkməyə icazə verməyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı “Taliban” rəsmiləri yayıb:
“Möminlərin sərkərdəsi Şeyx Heybətullah Axundzadə məşhur “Hakimiyyə” mədrəsəsində keçirilən geniş məclisdə iştirak edərək igid əsgər və müridlərlə on dəqiqə söhbət etdi”.
Qeyd edək ki, dini və siyasi lider Axundzadə 2016-cı ildə bu vəzifəyə gəldikdən sonra heç vaxt ictimaiyyət qarşısına çıxmayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top