Lavrov Mirzoyanla kommunikasiyaların açılmasını müzakirə etdi


Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. XİN başçıları 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının yerinə yetirilməsi məsələsini müzakirə ediblər. O cümlədən humanitar məsələlər, mina xəritələrinin verilməsi, Ermənistan-Azərbaycan sərhədində gərginliyin aradan qaldırılması, delimitasiya və Cənubi Qafqazda bütün kommunikasiyaların açılması tərəflər arasında müzakirə edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top