Boris Consonun ulu nənəsi bir türkə kölə kimi satılıb


Böyük Britaniyanın baş naziri Boris Consonun bacısı jurnalist Reyçel Conson ulu nənəsinin Çərkəz soyqırımı zamanı türk tacirinə kölə olaraq satıldığını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu vəziyyətdən üzülmədiyini, əksinə bugünkü vəziyyətə bu şəkildə gəldiklərini bildirib.
Conson 13 yaşında ikən ulu nənəsi Hanifə Fəridənin İstanbulda 43 yaşlı Əhməd Həmdiyə satıldığını açıqlayıb:
“Çərkəz bir ailənin indiki yerlərinə çatması baxımından Qara dəniz sahilində kasıb bir kənddə qalmaqdansa, qızlarını İstanbulda zəngin bir tacirə ərə verməsi çox vacibdir. Demək istəyirəm ki, Qara dəniz sahilində kasıb bir kənddə qalmadıqlarına görə mən necə ağlaya bilərəm? Onun nəvəsi dünya lideri olan gələcək siyasətçini dünyaya gətirib”.
55 yaşlı Boris Conson və onun böyük bacısı 56 yaşlı Reyçel Conson Osmanlı İmperiyasının sonuncu Daxili İşlər Naziri Əli Kamalın nəvəsi Stenli Consonun oğludur. Əli Kamalın atası, Damat Fərid Paşa hökumətlərində Maarif  və Daxili İşlər naziri vəzifələrində çalışmış Hacı Əhməd Rza Əfəndi 1813-cü ildə Çankırının Kalfat kəndində anadan olub.
Qeyd edək ki, 2005-ci ildə “BBC”-ə verdiyi müsahibədə Conson Türkiyə ilə bağının zəif olduğunu bildirsə də, "Türkiyəni sevirəm" deyib.
 

DİGƏR XƏBƏRLƏR

Top