Mingəçevirdə 16 saylı məktəb V qrant layihənin qalibi olub


Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant layihənin qalibi olmuş "Mingəçevir şəhərində şagird olimpiada ehtiyatlarının hazırlığı mərkəzi " adlı layihənin onlayn  açılış tədbiri keçirilib.

Yeniavaz.com xəbər verir ki, təbdirdə ilk olaraq layihə rəhbəri Sevinc Həsənova mərkəzin gördüyü işlər, məqsəd və qarşıda duran vəzifələr mövzusunda çıxış edib.

Tədbirdə Mingəçevir şəhər Təhsil şöbəsinın əməkdaşları, məktəb direktorları, fənn müəllimləri iştirak ediblər. Respublika Fənn Olimpiadaları hazırlıq müəllimlərindən fizika fənni üzrə tədris aparacaq müəllim Namiq Süleymanov, biologiya fənni üzrə Elvin Abdullayev, kimya fənni üzrə Murad Rəhimov iştirak edənlər arasında olub.

Psixoloq Şəfiqə Səmədin layihənin icrası zamanı görəcəyi işlər, KİV-ə açıqlama və təqdimatların verilməsi iştirakçıların diqqətinə çatdırılıb.
Görüşdə çıxış edən Elvin Abdullayev, Namiq Süleymanov layihənin uğurla həyata keçiriləcəyindən danışıb şagirdlərimizə uğurlar arzulayıblar.
Psixoloq və mütəxəssis müəllimlərin birgə dəstəyi ilə təşkil olunan öyrədici təlim şagirdlərdə elmə maraq və diqqəti artıraraq daha böyük uğurlar əldə etməyə sövq edəcəkdir.

Məqsədimiz təhsilə töhfə verməkdir.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top