Niyazi Bayramov Vətən müharibəsi iştitakçısını xəstəxanada ziyarət edib - FOTO


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hazırda xəstəxanada müalicə alan Vətən müharibəsi iştirakçısı Ələkbərov Elşən İbrahim oğlunu ziyarət edib, onun səhhəti ilə maraqlanıb.
Yeniavaz.com
xəbər verir ki, Elşən Ələkbərovun oktyabr ayının 7-də Gəncədə olan özəl xəstəxanalardan birinə yerləşdirildiyi barədə icra başçısına məlumat verilib. O, ürək damarlarının vəziyyətini göstərən anju müayinəsi olunub, hazırda acıq ürək əməliyyatının keçirilməsinə ehtiyac var. 

Niyazi Bayramov Elşən Ələkbərov və yaxınları ilə söhbət edib. Onlar göstərilən diqqətə görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. 

Şəhər rəhbəri Vətən müharibəsi iştirakçısına şəfa diləyib, onun əməliyyatı, müalicə və müayinəsi üçün müvafiq köməklik göstəriləcəyini bildirib. 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən şəhid ailələri və qazilərə diqqət bundan sonra da davam etdiriləcəkdir.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top