Gəncə avtomobil zavodunda 3 doza vaksinlərin vurulmasına başlanıldı


Gəncə avtomobil zavodu İstehsalat Birliyi mübarizə tədbirlərini daha da gücləndirib.
Yeniavaz.com
xəbər verir ki, müəssisədə COVİD-19 əlehinə 3-cü doza vaksinlərin vurulmasına başlanılıb. Bu barədə məlumatı Birliyin mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib. Onun sözlərinə görə 4 gün ərzində 1 və 2-ci doza vaksinləri vurdurduqları gündən 6 ay ötən 135  əməkdaşa artıq 3-cü doza vaksinlərin vurulması başa çatdırılıb. 
“6 ay müddətdə 2 doza vaksin vurulan 149 əməkdaşımızdan 135-i artıq 3-cü dozanı vurdurub. Müəssisəmizdə COVİD-19 əlehinə qabaqlayıcı tədbirlər bundan sonra da davam etdiriləcək” deyə M.Rəhimov əlavə edib. 
Birliyin mətbuat katibi onu da əlavə edib ki, müəsisisədə hər gün işçilərin hərarətləri xüsusi cihaz vasitəsilə yoxlanılır. Bu günədək müəssisənin 489 əməkdaşından 480-i birinci və ikinci doza vaksinləri vurdurub.
Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top