Nikaha sövq edilən 14 yaşlı qızın valideynləri DİN-ə çağrıldı


14 yaşına çatmayan qızın nişan mərasimin keçirilməsi və erkən nikaha sövq edilməsi ilə bağlı məlumatlar yayılıb. Hadisənin Salyanın Şorsulu kəndində baş verdiyi bildirilib. DİN yayılan bu məlumatlardan sonra hərəkətə keçib.

Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

Onun sözlərinə görə, Salyan RPŞ tərəfindən bütün tədbirlər icra olunur, müvafiq dövlət qurumları məlumatlandırılıb: "Valideynlər şöbəyə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Qanunvericiliyə uyğun olaraq azyaşlının təhsilini davam etdirməsi təmin olunub. Dərs davamiyyətinə mütəmadi nəzarət olunacaqdır".

DİGƏR XƏBƏRLƏR

Top