Ərdoğan niyə Qlazqoya getmədi?


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Roma səfərini başa vurduqdan sonra Qlazqoya getməyib.
Yeniavaz.com
“Reuters”ə istinadən xəbər verir ki, Ərdoğan Qlazqodakı iqlim sammitinə getmək əvəzinə Romada keçirilən G20 sammitindən sonra Türkiyəyə qayıdıb. Türkiyə mediası prezidentin hansı səbəbdən konfransda iştirak etmədiyi barədə hələ heç bir məlumat verməyib. 
Lakin, Türkiyəli rəsmilərin sözlərinə görə, səfərin təxirə salınmasına səbəb Türkiyənin protokol və təhlükəsizliklə bağlı tələblərinin Böyük Britaniya tərəfindən tam yerinə yetirilməməsi olub.

DİGƏR XƏBƏRLƏR

Top