Ardıcıl 4 gün iş olmayacaq


Bu həftəsonundan başlayaraq 4 gün qeyri-iş günü olacaq.

Yeniavaz.com xəbər verir ki, 8 Noyabr Zəfər günü, 9 Noyabr isə Dövlət Bayrağı günü kimi qeyd edildiyindən, Nazirlər Kabinetinin qərarına əsasən, həmin günlər qeyri-iş günləri hesab olunur.
Noyabrın 6 və 7-si istirahət günlərinə düşdüyündən beş günlük iş həftəsində çalışanlar üçün 4 gün, altı günlük iş həftəsində çalışanlar üçün isə ardıcıl olaraq üç gün istirahət günü olacaq.
Qeyd edək ki, 8 Noyabr - Zəfər Bayramı bu il ilk dəfə ölkəmizdə rəsmi bayram kimi qeyd olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top