İmişlidə 11 yaşlı qıza təcavüz etməkdə şübhəli bilinən şəxs saxlanıldı


"İmişlidə baş vermiş hadisə ilə bağlı hazırda şübhəli şəxs saxlanılıb".
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
"Hadisə ilə bağlı ilkin məlumatlar prokurorluğa məlum olandan dərhal sonra araşdırmala başlanılıb və cinayət işi açılıb", o vurğulayıb.
Qeyd edək ki, İmişli Rayon Mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.
Xatırladaq ki, 11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir.

DİGƏR XƏBƏRLƏR

Top